• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 24.02.2024 19:26

Gənc qız atası və ögey anası tərəfindən boğularaq öldürülüb

KepezTV Player

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 4 il əvvəl itkin düşmüş Ağdam sakini, 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın qəsdən öldürülməsi müəyyən edilib. Nəcəfovanın itkin düşməsi faktı üzrə Ağdam rayon prokurorluğunda başlanmış cinayət işi üzrə həyata keçirilən çoxsaylı istintaq tədbirləri nəticəsində onun yaşadığı evdə yatdığı zaman qisas məqsədilə 1965-ci il təvəllüdlü atası Şikar Nəcəfov və ögey anası 1983-cü il təvəllüdlü Ramilə Nəcəfova tərəfindən boğularaq və bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə vurularaq qəsdən öldürülməsinə şübhələr müəyyən edilib. Şikar Nəcəfov və Ramilə Nəcəfova barəsində həbs qətimkan tədbiri seçilib.