• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1721
— 11.02.2020 12:03

Yanğın zamanı ölən və xəsarət alanlar var

KepezTV Player

Şəmkir rayonunun Ələsgərli kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Şəmkir rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Yanğının kəşfiyyatı zamanı 50 yaşlı Mahı Əhmədovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində 3 nəfər - 42 yaşlı Zöhrab Əhmədov və onun övladı, 8 yaşlı Rüstəm, həmçinin 63 yaşlı Rüstəm Əhmədov xəsarəti alıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.