• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1202
— 23.02.2024 11:59

İcma: Paşinyandan öz ölkəsini Fransanın oyunlarına alət etməməyi tələb edirik

Fransada səfərdə olan Ermənistanın Baş naziri növbəti dəfə anti-Azərbaycan bəyanatlar verib.Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib ki, Qərbi Azərbaycan İcmasının fəaliyyətinə irad tutmağa çalışan Paşinyan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən separatçı ünsürlərin Ermənistan ərazisində fəaliyyətinə şərait yaratmasına, öz ölkəsinin qanunvericiliyində Azərbaycan ərazilərinin ilhaqı barədə müddəaları saxlanması məsələsinə aydınlıq gətirməlidir. "Aşkar görünür ki, Ermənistanın Baş naziri Fransanın fitvasına uyaraq, regionda gərginlik yaratmaq yolunu tutub. Paşinyandan öz ölkəsini Fransanın oyunlarına alət etməməyi, kütləvi silahlanma siyasətinə son verməyi, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq Azərbaycan ilə sülhə getməyi tələb edirik", - deyə icmadan vurğulanıb.