• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1610
— 22.02.2024 10:15

Maraqlıdır

Bu vulkan İndoneziyadakı Kavax İcen kükürd kraterindədir. Oradakı lava mavi neon rəngdədir. O qədər heyrətamizdir ki, onu saatlarla izləmək olar. Kavax İcen, İcen vulkanik zəncirinin bir hissəsidir. Şərqi Yavadakı qədim vulkanlar qrupuna aiddir. Dərinliyi 200 metrdir. Onun dibində firuzəyi rəngdə dünyanın ən böyük kükürd gölü var. Və bu göldən kükürd çıxarmaq üçün istifadə edirlər. Şaxtaçılar karyerdən kükürdü səbətlərə doldurub əllərində daşıyırlar. Günəş qalxanda kraterin dərinliyindən alov çıxır: gölün kənarından axan kükürd yüksək temperaturun təsiri ilə mavi alovlar saçır. Kükürd fəvvarələrin hündlürlüyü 5 metrə çatır. Əslində göl elə də qaynar deyil ki, kükürd alovlansın. O, şaxtaçılar oraya məşəl atanda yanmağa başlayır. Bu kükürd dünyada ən təmiz kükürd sayılır və qida sənayesində istifadə olunur.

Morty Lad mətbəxinin döşəməsində 18-ci əsrə aid su quyusunu kəşf etdikdən və onu ümumi estetikaya daxil etdiyi prosesin hər bir addımını sənədləşdirdikdən sonra sosial platformada milyonlarla baxış toplayıb. "Bir aydan bir az əvvəl mətbəximizin döşəməsinin altında tamamilə heyrətamiz bir şeylə qarşılaşdıq “Son 20 ildə 300 illik su quyusunun  üzərindən hər gün gəzdiyimizi bilmirdik ” dedi, Cheshire sakin.  Adını açıqlamayan britaniyalı, 48 yaşlı təqaüdçü santexnik olduğunu söylədi. O, yeraltı istilik sistemini quraşdırmaq istəyib və onu qoymaq üçün ilkin bünövrələri qaldırıb."Qumun bir hissəsini çıxararkən bir yerdə qəribə bir çınqıl qarışığı ilə qarşılaşdıq" . “Araşdırma zamanı onun içi boş və su ilə dolu olduğu məlum oldu”.O, sızmadan şübhələnib və qazmağa davam edib.  Bu, yalnız daha çox suya, sonra isə bir kərpic halqasına səbəb olub, bu zaman o, evin mətbəxində orijinal su quyusunun olduğuna  əmin olub.

Təbiət Tarixi Muzeyi, irlandiyalı botanik Hans Sloanı, südlə şokolad içməyin ixtiraçısı kimi qəbul edir. Belə ki, 18-ci əsrin əvvəllərində Yamaykada işlədiyi müddətdə Sloane kakaonun su ilə qarışdırıldığı, yerli içki ilə qarşılaşır,  bu içki acılığına görə onun xoşuna gəlmirdi. Lakin kakaonu südlə qarışdırmaqla sınaqdan keçirdikdən sonra o, içkinin daha dadlı olduğunu görüb. 1875-ci ildə Veveydə yaşayan və Cailler ailəsinə aid olan isveçrəli sahibkar və şokoladçı Daniel Peter ilk dəfə südlü şokolad istehsal etmək üçün kakao kütləsi, kakao yağını və şəkəri qatılaşdırılmış südlə, birləşdirməsi nəticəsində çox uğurlu bir dad alınıb. Bu gün də şokoladlı süd çox insanın sevərək içdiyi bir içkidir.

Lalə Sadıqova

ƏTRAFLI...