• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 21.02.2024 20:22

Qəza olub, sürücü xəsarət alıb

KepezTV Player

Gəncədə yol nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Təbriz küçəsində qeydə alınıb. Şəhər sakini 1955-ci il təvəllüdlü Fərman Seyidov idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarında dayanan 1982-ci il təvəllüdlü Vüsal Əliyevə məxsus "Kia" markalı avtomobilə çırpılıb. Qəza zamanı Chevrolet Cruzun sürücüsü xəsarət alıb və ona ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.