• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 675
— 20.02.2024 15:47

Mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb

Salyan rayonunun Qırxçıraq kəndi ərazisində mikroavtobusun aşması nəticəsində 8 nəfər xəsarət alıb. Rayon sakini, 1964-cü il təvəllüdlü Əsgərov İlqar Dursun oğlu, 2006-cı il təvəllüdlü Əsədova Aysun Elmir qızı, 1960-cı il təvəllüdlü Əzizov Telman Sabir oğlu, 1950-ci il təvəllüdlü Rəhimova Qönçə Habil qızı, 1951-ci il təvəllüdlü Mehdiyeva Südabə Allahverən qızı, 1969-cu il təvəllüdlü Qarayeva Nigar Məzahim qızı, 1957-ci il təvəllüdlü Əliyeva Qətibə Seyfulla qızı və Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Əsgərova Aysel Valeh qızı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır