• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1099
— 20.02.2024 15:41

Valideynlər elektron yerdəyişmə ilə bağlı qaynar xəttə müraciət edə bilərlər

KepezTV Player

Bu gündən cari tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsinə start verilib. Bu, şagirdlərin elektron yerdəyişməsinin ikinci cəhdidir. Gəncədə prosesi təşkil etmək üçün 1 saylı ASAN Xidmət mərkəzində xidmət təşkil edilib. Valideynlər təhsil xidmətləri pəncərəsinə yaxınlaşaraq texniki dəstək ala bilərlər. Yalnız XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin IX siniflər üzrə yerdəyişmə prosesi martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək. Şagird yerdəyişməsinin elektronlaşdırılması məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkili məqsədi daşıyır. Valideynlər onları maraqlandıran məsələlərlə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 142-02 qaynar xəttinə də müraciət edə bilərlər.

Gülçin Hüseynova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsul şəxsi: "Həmin portal vastəsilə şagird valideynin şəxsi kabinetinə əlavə olunur. Ordan da istənilən məktəbə və yaxud da sinifdən sinfə sorğu yerləşdirilir".