• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1226
— 19.02.2024 11:56

Azərbaycan XİN Nikol Paşinyana cavab verib

KepezTV Player

Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasının heç bir əsası yoxdur. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş naziri Nikol Paşinyanın Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərə cavabında deyib. "Məhz Ermənistan öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xəttlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur",- deyə əlavə edilib. Bildirilib ki, Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.