• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 17.02.2024 12:00

Taksi sürücüləri arasında mübahisə bıçaqlanma ilə nəticələnib

KepezTV Player

Gəncədə avtovağzal ərazisində bıçaqlanma hadisəsi olub. 1988-ci il təvəllüdlü Nadir Ciqarov və 1980-ci il təvəllüdlü Samir İsmayılov bud nahiyəsinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə Bakı-Gəncə reysi ilə işləyən taksi sürücüləri arasında müştəri üstündə mübahisə yaranıb. Nəticədəonlar bir-birlərinə xəsarətlər yetiriblər. Faktla bağlı araşdırma aparılır.