Xanım Günü olaraq da bilinən Xin Zhui, qədim Çindəki Qərbi Han sülaləsi dövründə Dai markası idi. Türbəsi ölümündən 2000 il sonra bir çox qiymətli əsərlə birlikdə Çində Mawangdui adlı bir təpədə tapılıb. Bura qədər hər şey normaldır. Ancaq hamını təəccübləndirən, ölümündən min illər sonra bədəninin nə qədər yaxşı qorunması idi. Xanım Günü, damarlarında az miqdarda A tipli qan olsa belə, bütün orqanlarının bütöv və qan damarlarının sağlam olduğu aşkar edilib. Saçları və kirpikləri hələ də olduğu kimi qalıb. Elm adamları mədəsində bostan toxumu taparaq onun yazda bostan mövsümü nəticəsində öldüyünü qənaət gətirdilər. Digər tərəfdən, bu həm də qovun yedikdən bir neçə saat sonra ölməsi deməkdir. Bədəninin batırıldığı əsrarəngiz maye azca turşu və tərkibində bir qədər maqnezium olan hamının marağına səbəb olub. Bu maye ehtimal ki, bədənin uzun müddət qorunmasına kömək edib. Elm adamları bu sirli mayenin nə kimi bir maye olduğunu hələ də bilmirlər və araşdırmağa davam edirlər.
Bermeja Meksika körfəzinin 16-cı əsrdən 20-ci əsrə qədər olan xəritələrinə görə Yukatan yarımadasının şimal sahilində yerləşən xəyali adacığıdır. 16-cı əsrin ispan kartoqrafları tərəfindən, bir qədər dəqiq olaraq qonşu adalarla bağlı yerləşməsinə baxmayaraq, ada Meksika Milli Muxtar Universiteti tərəfindən 2009-cu ildə aparılan tədqiqatda tapılmayıb. Meksika Deputatlar Palatası adından, adaya maraq 2008-ci ilin sonlarında yaranıb və belə bir ada mövcud olsaydı, Meksika körfəzindəki Hoyos de Donada neftin istismar hüquqlarının sərhədlərinin müəyyən edilməsi üçün vacib olacağı düşünülürdü.
Əncir yarpaqlarını nəzərə almasaq, günümüzə qədər gələn ilk geyim elementi ətəkdir. Bu məlumatı bilirdiz, ya yox bilmirəm. Qədim Misirdə həm kişilər, həm də qadınlar ətək geyinirdilər. Sonradan etik təfəkkürün dəyişməsi səbəbindən ətək tədricən yalnız qadınların qarderobuna aid olmağa başladı. Və günümüzdə də qadınların sıxlıqla geyindiyi geyimlər arasındadır.
Bu geyimlər sırasına, indiki dövrdə böyüklərin geyimindən belə daha baha olan, uşaq geyimləri aiddir. Qəribə olsa da, 200 il əvvəl "uşaq geyimləri" anlayışı yox imiş. Uşaqlar ən kiçik ölçülərdə yetkin paltarları geyinirdilər. Yetkin geyimləri uşaqlar üçün rahat deyildi, nəticədə xüsusi olaraq uşaq geyimlərinə yönəlmiş bir moda istiqaməti ortaya çıxdı. Və zaman keçdikcə irəlləyib bu günə kimi gəldi.
Lalə Sadıqova
- Baxış: 200