• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 674
— 15.02.2024 19:17

Azərbaycan hərbçiləri dağlıq şəraitdə atəş açmaq təlimləri keçib

KepezTV Player

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Özbəkistanda “Dağ rəhbəri” kursunda iştirak edir. Özbəkistan Müdafiə Nazirliyinin "Çim-qan" Dağ hazırlığı üzrə təlim-tədris mərkəzində keçirilən kursda iştirakçılar dağ avadanlıqlarından səmərəli istifadə, qayaya qalxma və enmə, təbii dağ maneə dəhlizlərini aşmaq, dağlıq şəraitdə atəş açmaq, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi və təhlükəsiz təxliyə üzrə əldə etdikləri nəzəri bilikləri təlim sahəsində praktiki olaraq icra edərək gücləndirirlər. Müdafiə Nazirliyinin məlumatına görə, kursda Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.