• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2523
— 15.02.2024 19:11

"Paşinyanın əsassız iddiaları bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır"

KepezTV Player

 Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumət iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, hərbi qulluqçumuzun yaralanmasına cavab olaraq ölkəmizin həyata keçirdiyi tədbirlərin təcavüz kimi qiymətləndirilməsi faktların saxtalaşdırılmasıdır. Təxribatların 5 aya yaxın müddətdə hökm sürən sabitliyi pozduğu və bunun məsuliyyətinin Ermənistan tərəfində olduğu hər kəsə yaxşı məlumdur.