• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1139
— 15.02.2024 16:43

Rişi Sunak, Slovakiya Prezidenti və BƏƏ lideri İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik ediblər

KepezTV Player

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib. Təbrikdə ötən 30 ildən artıq müddətdə ölkələrimiz arasındakı münasibətlərin daha da gücləndiyi qeyd olunub. Strateji dialoqun aparıldığı, minalardan təmizlənmə üzrə təcrübənin bölüşüldüyü, ticarət əlaqələri qurmağa davam edildiyi bildirilib. Mərakeş Kralı VI Məhəmməd də Azərbaycan Prezidenti İlham Əliyevə yenidən dövlət başçısı seçilməyi münasibətilə təbrik məktubu göndərib.

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Prezident İlham Əliyevə zəng edib. Tərəflər ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bir daha vurğulayaraq, yüksək səviyyədə həyata keçirilən təmasların əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verdiyini bildiriblər. Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini COP28-in uğurla keçirilməsi münasibətilə təbrik edib və eyni zamanda COP29-un Azərbaycanda keçirilməsi üçün göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Telefon söhbəti zamanı əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.

Slovakiya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Slovakiya Prezidenti Zuzana Çaputova da Azərbaycan Prezidenti İlham Əliyevə seçkilərdə qazandığı qələbə münasibətilə təbrik məktubu göndərib. Slovakiya ilə Azərbaycan arasında uzunmüddətli dostluq əlaqələrinin mövcud olduğunu bildirən Prezident Zuzana Çaputova qarşılıqlı olaraq səfirliklərin açılması sayəsində ölkələrimizin əməkdaşlığının daha da dərinləşəcəyini qeyd edib.