• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 964
— 15.02.2024 12:13

“Yaxşı oyun göstərməyə çalışacağıq"

KepezTV Player

"Qarabağ" bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Danimarkadan olan Morten Kroq idarə edəcək. Ağdam təmsilçisinin heyətində Kevin Medina zədə, Marko Veşoviç isə cəza səbəbindən Braqadakı matçı buraxacaq. Cavab görüşü fevralın 22-də Bakıda olacaq.