• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 892
— 12.02.2024 19:15

“Səbail” “Kəpəz”ə qalib gəlib

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib. Günün yeganə matçında “Səbail” “Kəpəz”lə üz-üzə gəlib. Gəncə şəhər stadionundakı yenidənqurma işləri ilə əlaqədar “Kəpəz” bu rəqibini də Qəbələdə qəbul edib. Qarşılaşmada hesabı nominal meydan sahibləri açıblar. 29-cu dəqiqədə Martins Junior qapıçı ilə dueldən qalib ayrılıb. Lakin gəncəlilər üstünlüyü qoruya bilməyiblər. İlk hissəyə əlavə olunmuş altıncı dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Aleksandr Ramalinqom “skatus-kvo”nu bərpa edib. Fasilədən dərhal sonra, 51-ci dəqiqədə Rüfət Abdullazadə yaxın məsafədən "çərçivə"ni dəqiq nişan alıb. Bundan 9 dəqiqə sonra Suleyman Alluş cərimə meydançası daxilindən qüvvətli zərbə ilə toru silkələyib. Niderlandlı yarımmüdafiəçi 90-cı dəqiqədə dublunu rəsmiləşdirib. Alluş müdafiə xəttinin kobud səhvini bağışlamayıb. Beləliklə, 4:1 hesablı qələbə qazanan “Səbail” xallarının sayını 30-a yüksəldib. Şahin Diniyevin yetirmələri 5-ci pillədə qərarlaşıb. “Kəpəz” isə 20 xalla 9-cu sırada qalıb.Beləliklə, 4:1 hesablı qələbə qazanan “Səbail” xallarının sayını 30-a yüksəldib. Şahin Diniyevin yetirmələri 5-ci pillədə qərarlaşıb. 9-cu sıradakı “Kəpəz” isə 20 xalda qalıb.Qeyd edək ki, turun ilk matçında “Qarabağ” “Sabah”la heç-heçə edib - 3:3. XXII turun digər oyunları fevralın 13-də baş tutacaq.