• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1102
— 10.02.2024 15:49

Zaqatalada maşın təmiri sexində yanğın olub

KepezTV Player

Zaqatalanın Yuxarı Tala kəndində, Hacımuca Aslan oğlu Aslanova məxsus maşın təmiri sexində yanğın baş verib. Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti əraziyə cəlb edilib. Alov söndürülüb. Sexə təmir üçün gətirilmiş “VAZ 21011” markalı avtomobil və tikilinin tavanının bir hissəsi yanıb. Faktla bağlı araşdırma aparılır.