• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1212
— 09.02.2024 15:54

Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub. Yığma ilk matçını sentyabrın 5-də evdə İsveçə qarşı keçirəcək. Komanda sentyabrın 8-də Slovakiyanın qonağı olacaq. Milli oktyabrın 11-də səfərdə Estoniya, bundan üç gün sonra isə doğma azarkeşlər önündə Slovakiya kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Komanda son iki qarşılaşmasını noyabrın 16-da evdə Estoniya, noyabrın 19-da səfərdə İsveçə qarşı keçirəcək.