• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1196
— 08.02.2024 13:33

Sakinlər Zəfər seçkisində qələbəni bayram ediblər

KepezTV Player

Növbədənkənar prezident seçkilərindən sonra Şəmkirdə Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi münasibətilə yürüş keçirilib. Yürüşdə yüzlərlə vətəndaş iştirak edib. Qazilər, müharibə veteranları, şəhid ailələrinin üzvləri də yürüşə qatılıblar. Avtoyürüş iştirakçıları şəhərin küçə və prospektləri ilə hərəkət edib. Əllərində Azərbaycanın və Yeni Azərbaycan Partiyasının bayraqlarını tutanlar İlham Əliyevin seçkilərdə inamlı qələbəsini bayram əhvali-ruhiyyəsi ilə qeyd ediblər. Yürüş iştirakçıları Zəfər seçkisinin nəticələrini böyük sevinclə qarşılayıblar.