• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2129
— 08.02.2024 11:33

Səsvermədən sonra "Qələbə karvanı"

KepezTV Player

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar ilkin nəticələr açıqlandıqdan sonra İlham Əliyevin qələbəsi Naftalanda da böyük coşqu ilə qeyd olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsvermənin nəticələrinə görə böyük fərqlə irəlidə olması və növbəti dəfə prezident seçilməsi ilə əlaqədar olaraq yürüş keçirilib. Şəhər sakinləri avtomobilləri ilə küçələrində dövrə vurublar. Avtoyürüşdə onlarla avtomobil iştirak edib. Qələbə karvanında Azərbaycanın və Yeni Azərbaycan Partiyasının bayraqları ilə sürücülər ölkə başçısına dəstək nümayiş etdiriblər. Yürüş iştirakçıları İlham Əliyevin seçkilərdəki qələbəsi münasibətilə müxtəlif şüarlar səsləndiriblər.