• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1059
— 07.02.2024 11:26

Laçında 5 məntəqədə prezident seçkiləri üzrə səsvermə keçirilir

KepezTV Player

İşğaldan azad olunan Laçın rayonunda da seçkilər keçirilir. 121 saylı Laçın seçki dairəsinin Laçında 5 məntəqəsi yaradılıb. Məntəqələrin 3-ü Laçın şəhərində, digərləri isə Zabux və Qorçu kəndlərində yerləşir. Laçında ümumilikdə 6020 seçici qeydiyyata alınıb. Qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 65 nəfərdir.