• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1368
— 07.02.2024 11:23

Xocalıda səsvermə başlayıb

KepezTV Player

İşğaldan azad olunan Xocalı rayonunda da növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb. Rayon ərazisində 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 2 seçki məntəqəsi yaradılıb, 770 seçici qeydiyyata alınıb. Xocalı rayonu Təzəbinə kənd orta məktəbində yerləşən 106 saylı məntəqədə 546 seçici, Əsgəran qəsəbəsindəki uşaq bağçasında fəaliyyət göstərən 107 saylı məntəqədə isə 224 seçici var. Səsvermə prosesini 26 müşahidəçi izləyir.