• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2148
— 06.02.2024 19:30

"Azərreyl" sürprizə imkan vermədi

KepezTV Player

Qadın voleybolçulardan ibarət komandalar arasında Azərbaycan çempionatının Yüksək Liqasında 12-ci turun oyunları keçirilir. Tur çərçivəsində "Gəncə" doğma meydanda "Azərreyl"i qəbul edib. Çempionatın lideri ilə oyuna yaxşı başlayan meydan sahibləri ilk partiyada 25:12 hesabı ilə qalib gəlib. Amma sonrakı setlərdə Bakı təmsilçisi sürprizə imkan verməyərək səviyyə fərqini ortaya qoyub - 22:25, 13:25, 17:25. Beləliklə, 3:1 hesabı ilə qələbə qazanan "Azərreyl" turnir cədvəlində 30 xalla 1-ci yeri özündə saxlayıb. 13 xallı "Gəncə" 6 komandalı çempionatda 4-cü pillədə qərarlaşıb.