• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1308
— 06.02.2024 13:35

UEFA Millətlər Liqasının püşkatma mərasiminin vaxtı dəqiqləşib

KepezTV Player

Fevralın 8-də Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqası turnirinin 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. C Liqasının 2-ci səbətində qərarlaşan Azərbaycan yığmasının potensial rəqibləri də məlumdur. Millimiz 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz.