• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1816
— 01.02.2024 08:54

"Gəncə" səfərdə məğlub olub

KepezTV Player

Azərbaycan Basketbol Liqasında 13-cü tura start verilib. "Sərhədçi" İdman Mərkəzində baş tutan turun açılış oyununda "Xırdalan" və "Gəncə" klubları üz-üzə gəliblər. Pley-off zonasında qərarlaşan "Xırdalan" güzəştsiz mübarizəyə səhnə olan oyunda önəmli qələbə qazanaraq mövqeyini bir qədər də möhkəmləndirib. Meydan sahibləri rəqib üzərində 93:87 hesabı ilə qalib gəliblər. Ən məhsuldar basketbolçular "Xırdalan"dan 33 xal və 5 asistlə Teyvion Körk, "Gəncə"dən 24 xal və 4 ribaundla Tevon Horton olub. Bu qələbə sayəsində "Xırdalan" 4-cü pilləyə yüksəlib. Qonaqlar isə 8-ci yerdə qərarlaşıblar.