Maraqlı adəti olan ölkələrdən biri Çindir. Çinlilər kiməsə təbii çiçəklər verməyin düzgün olmadığını düşünür. Çinlilərdə bunu ölümün simvolu olaraq qəbul edirlər. Səbəbi isə təbii çiçəklər tez solur, ancaq süni olanlar yox. Hətta şənlik paltarı seçərkən belə ağ rəngdən yayınmağı tövsiyə edirlər. Sən demə, bu rəng yas əlaməti sayılır.
İlk cinslər 1853-cü ildə amerikalı sahibkar Livay Straus tərəfindən hazırlanmışdır. O, əvvələr qızılaxtaranlar üçün çadır tikirdi. İşçilərin, şalvarlarının bir həftəyə cırıldığı şikayətlərini eşidəndə, onlara çadır tikdiyi parçadan şalvar tikməyi qərar verir. Sıx pambıq parçalardan hazırlanan bu geyim kəndli fermerlər üçün nəzərdə tutulur.
Balıqlarda səs telləri yoxdur. Onlar əzələlərini titrədərək səs çıxarırlar. Hətta xanımların əvazedilməz dodaq boyalarının çoxunun hazırlanmasında, balıq pulcuqlarından istifadə edilir.
Bu şəxs 1000-dən çox ixtirası ilə gələcəyi dəyişən məşhur ixtiraçı Nikola Tesladan başqası deyil. Gündə orta hesabla 15 km piyada gedən Tesla, bunun beyinə və yaradıcılığa çox faydalı olduğunu düşünürdü!
O, hər gecə cəmi iki saat yatır və vaxtının çoxunu öz laboratoriyasında keçirirdi. Dahi alimin qəribəlikləri bununla da bitmir. O, həmişə axşam eyni saatda və həmişə eyni restoranda tək yemək yeyir, hər zaman eyni ofisiantın onun yeməyini gətirməsini istəyirdi.
Lalə Sadıqova
- Baxış: 112