• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1665
— 17.01.2024 10:09

Baxımlı qadın olmağın sirləri

Hər bir qadının bilməli olduğu özünəqulluq qaydaları var. Bunun üçün gözəllik salonlarına üz tuturlar. Kimisi mənəvi gözəlliyi zahiri gözəlliklə müqayisə edir. Hiss olunan və hiss olunmayan gözəllik qaydaları hansılardır?

Aynur İsmayılova– baxımlı qadın: “Hər bir qadının, hər bir xanımın özünə aid qulluq qaydaları vardır. Məsələn, səhər tezdən "make up" etmişəmsə, axşam onu təmizləmədən yatmıram. Daha sonra isə, gözətrafı qırışlar əleyhinə krem vururam. Üz maskalarından istifadə edirəm. Və bunlarla yanaşı saç baxımını da yaddan çıxartmıram. Saçlarımın dibi ağardığı zaman saç boyasından istifadə edirəm. Hər bir qadın ev şəraitində də olsa, özünə qulluq etməlidir”.

Baxımlı qadın olmaq sandığınızın əksinə uzun sürən, həddindən artıq zəhmətli bir iş deyil. Yalnız kiçik toxunuşlarla  bədəninizin təməl ehtiyaclarını ödəyə bilməniz belə özünüzdə böyük bir fərq yaratmaq üçün kifayətdir.

Günay Əsgərova 

ƏTRAFLI...