• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1794
— 16.01.2024 10:07

Heyvan sığınacaqlarının fəaliyyəti

Heyvan sığınacaqlarının funksiyaları hansılardır? Araşdırmalar nəticəsində bu sığınacaqlarda mikrobların heyvanlar və insanlar arasında necə yayıldığı aşkar olunaraq, aradan qaldırılır. Çünki, təbiətdəki tarazlığın qorunmasında heyvanların müstəsna rolu var.

Yaqub Abbasov– Heyvan sığınacağının rəhbəri: “Heyvanlar tam müalicə olduqdan sonra, dərmanlar verilir, dərialtı iynələr vurulur və 10-15 gün saxladıqdan sonra isə rahat həyata buraxılırlar. Qulaqlarında birka yaşayırlar. Bunları görən insanlar qorxmasınlar, hətta uşaqlar yaxınlaşıb sığallaya bilər. Təhlükəsizdirlər və heç bir xəstəlikləri yoxdur”.

Bəzən həyətda xəstə, sahibsiz heyvanlarla rastlaşırıq. Onların qayğıya, köməyə ehtiyacı olur. Belə heyvanlara vaxtında köməklik göstərilməməsi ya başıboş qalmalarına, yaxud da məhvinə səbəb olur.

Axı heyvanlar təbiətə gözəllik verən, onu zəngin estetik zövq mənbəyinə çevirən canlı varlıqlardır. Təbiətdə onların qorunub saxlanılması, artırılması və cəmiyyət üçün səmərəli istifadə edilməsi həddindən artıq vacib məsələdir.

Günay Əsgərova 

ƏTRAFLI...