• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1133
— 11.01.2024 09:06

3 sərbəst güləşçi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bürünc medal qazanıb

KepezTV Player

Azərbaycanın 3 sərbəst güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirinin ilk günündə bürünc medal qazanıb. Bunlar 61 kq çəkidə mübarizə aparan Əliabbas Rzazadə, Nurəddin Novruzov və 74 kq-da çıxış edən Cəbrayıl Qadjiyev olublar. Xalça üzərinə çıxan İslam Bazarqanov, Zirəddin Bayramov, Arseni Djioyev və Osman Nurmaqomedov isə medal qazana bilməyiblər. Bu gün yığmanın digər üzvləri Georgi Meşvildişvili və Vaxit Qalayev, həmçinin qadın güləşçi Gültəkin Şirinova mübarizəyə qoşulacaqlar.