• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2174
— 10.01.2024 09:42

Argentinanın futbol millisi beynəlxalq oyunlardan kənarlaşdırıla bilər

Argentinanın futbol millisi beynəlxalq oyunlardan kənarlaşdırıla bilər. Belə ki, futbol klublarının səhmdar cəmiyyət kimi tanınması ilə bağlı ölkə qanunvericiliyinə dəyişiklik edilərsə, beynəlxalq idman təşkilatları Argentina Futbol Assosiasiyasına qarşı sanksiyalar tətbiq edəcək. Sanksiyalardan sonra Argentina futbol komandasının Amerika Kubokunda və Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakı risk altında olacaq. Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Futbol Federasiyası Assosiasiyasının nizamnaməsində dövlətin idman qurumlarının fəaliyyətinə müdaxiləsinə görə ciddi cəzalar nəzərdə tutulub.