• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1299
— 23.12.2023 12:01

Xocavənddə maşın aşıb, ölən və xəsarət alan var

KepezTV Player

Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndindən keçən hissəsində yol qəzası olub. 1978-ci il təvəllüdlü Neftçala rayon sakini Rahil Ağayevin idarə etdiyi "DAF" markalı betonvuran yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sərnişin - 1976-cı il təvəllüdlü Biləsuvar rayon sakini Elçin Nəzərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.