• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1071
— 16.12.2023 19:57

Sürücülər arasında mübahisə bıçaqlanma ilə nəticələnib

KepezTV Player

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Olaya iki sürücü arasında nəqliyyat vasitəsinə yol verməklə bağlı düşən mübahisə səbəb olub. Nəticədə şəhər sakini, 1995-ci il təvəllüdlü Qurban Fərmanlı bir neçə bıçaq xəsarəti alıb. Yaralı Abbas Səhhət adına Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Vüsalə Cənnətova