• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2230
— 14.12.2023 11:19

Bankomatdan pul çıxaranlara “yardım” edənlər saxlanılıblar

KepezTV Player

Abşeron rayonunda bank kartlarından oğurluq edən Sumqayıt sakinləri - əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Babək Cəfərzadə və 1978-ci il təvəllüdlü Kamal Kərimli saxlanılıblar. Onların bankomatların yanında dayanaraq pul çıxaran vətəndaşlara “yardım” etmək adı ilə yaxınlaşdıqları, daha sonra onların hesablarında olan vəsaitləri ələ keçirdikləri məlum olub. Onların üzərindən narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.