• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1077
— 22.02.2024 10:36

Rəqəmsal bacarıqlar nədir?

Şagirdlərin gələcəyi üçün yararlı olan alqoritmik düşüncə və məntiqin inkişafına, yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradan, 2017-ci ildən etibarən “Rəqəmsal bacarıqlar” layihəsi ölkədə tətbiq edilir. Rəqəmsal bacarıqlar haqqında ətraflı məlumatı işinin peşəkarı olan Mətləb bəydən öyrənək.

Mətləb Alıyev- Gəncə "STEAM" mərkəzinin koordinatoru: "İKT bacarıqlarına yiyələnmək onların informasiya məkanında məqsədyönlü fəaliyyəti, rəqabət qabiliyyəti, məntiqi düşüncə tərzinə kimi formalaşmasını təmin etmək məqsədi daşıyır, rəqəmsal bacarıqlar".

Dünya dəyişir və texnologiya bu dəyişikliklərdə əsas rol oynayır. Gənclərin informasiya texnologiyalarını öyrənməyə marağı, onların gələcək üçün daha hazırlıqlı, yaradıcı və müstəqil olmalarına nə dərəcədə kömək edir?

Mətləb Alıyev- Gəncə "STEAM" mərkəzinin koordinatoru: "Rəqəmsal bacarıqların əsasında informatika fənni dayanır. İnformatika fənninin təkmilləşdirilməsində və yeni tədrisi şagirdlərdə analitik düşüncə, məntiqi təfəkkür və XXI əsrin texnologiyalarına uyğunlaşmağa şərait yaradır".

Rəqəmsal bacarıqlar layihəsinin məqsədi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir. Layihə Təhsil Nazirliyi və "Alqoritmika" Beynəlxalq Təhsil Şirkəti tərəfindən həyata keçirilir. Şagirdlərdə alqoritmik düşüncə və məntiqi təfəkkürün, eləcə də layihə qurmaq və icra etmək bacarıqlarının inkişafına xidmət edən “Rəqəmsal bacarıqlar” layihəsi “Virtual məktəb” portalına inteqrasiya olunub. Layihə çərçivəsində fəaliyyət göstərən müəllimlərin sayı 1580-dən çoxdur. 2021-ci ildən layihə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta məktəbləri də  əhatə edir.

Ürfanə Əzimova