• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1850
— 08.12.2023 10:16

Rəssamlar

8 dekabr - Beynəlxalq Rəssamlar Günüdür. Rəssamlar Günü təkcə peşəkarlar və sənət həvəskarları üçün xüsusi gün deyil. Həmçinin gözəllik, rəngarənglik və təbiətsevərlər üçün özəl gündür. Çünki yaradıcılıq insana həyatdan zövq almağı və sevməyi öyrədir.

Sevinc Məmmədova- Uşaq rəssamlıq məktəbinin müəllimi: “Bizim məktəbimiz 9-12 yaş arası uşaqlara aiddir. Biz birinci rəsmdən başlayırıq. Uşaqlara rəsmin sirlərini öyrədirik”.

Nəzrin Quliyeva- şagird: “Rəssamlığa uşaqlıqdan çox həvəsim var idi və anamla atam məni rəssamlıq məktəbinə qoydular. Çox sevirəm şəkil çəkməyi”.

Yusif Alıyev- şagird: “Çox xoşuma gəlirdi şəkil çəkmək, evdə də həmişə şəkil çəkirdim. Sonra rəssamlıq məktəbinə gəldim və hazırda demək olar ki, hər növ rəsm əsəri çəkə bilirəm, ancaq ən çox təbiətə aid rəsm əsərləri çəkməyi xoşlayıram”.

Leyla Əliyeva

ƏTRAFLI...