Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsində Qərbi Azərbaycana böyük qayıdış konsepsiyasıyla bağlı tədbir keçirilib. Tədbirdə Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub. İştirakçılar Azərbaycan torpaqlarında Ermənistanın uzun illər ərzində həyata keçirdiyi etnik təmizləmə, soyqırım və deportasiya siyasəti barədə danışıblar. Diqqətə çatdırılıb ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Qərbi Azərbaycana qayıdışın da siyasi və hüquqi əsasını qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mahir sərkərdəlik bacarığı sayəsində Vətən müharibəsində qazanılan qələbə isə uzun illərin həsrətinin reallığa çevrilməsini şərtləndirir. Rəşadətli Azərbaycan ordusunun düşmən üzərindəki zəfəri, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası, doğma yurd-yuvaya qayıtmaz əzmini artırıb. Qarabağda Azərbaycan bayrağının ucalması dövlətimizin gücünü və xalqımızın məğrurluğunun bütün dünyaya nümayişi olduğuna diqqət çəkilib. Tədbirdə universitetin tələbələrinin təqdimatında bədii hissə nümayiş etdirilib. Musiqilər, şerlər səsləndirilib, kompozisiyalar göstərilib.
Nərgiz Rəsulova- GDU-nun Tarix kafedrasının dosenti: “Azərbaycan Respublikasının Ali baş komandanının dəqiq, səlist siyasəti nəticəsində nəhayət ki, 30 illik həsrətimizə son qoyuldu və əslində 200 ildən bəri itirilmiş torpaqlarımızı geri qaytardıq. Bu gün də “Qarabağa böyük qayıdış” proqramı həyata keçirilir. 44 günlük zəfərlə bitən müharibədə bizə daha da bir ümid, çıraq verən, Qərbi Azərbaycana qayıdış oldu”.
Pərvin Abbaszadə
- Baxış: 462