• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2369
— 09.12.2023 12:16

Hədə-qorxu ilə şəhid ailəsinin pulunu ələ keçirən şəxs saxlanılıb

KepezTV Player

Neftçalada polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da axşam saatlarında rayonun Bankə qəsəbəsi ərazisində yerləşən şəhid ailəsinə məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq ev sahibinə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Məlum olub ki, Mirzəqurbanlı kənd sakini Aqil Sadıqov qeyd edilən əməli törətdiyi gün qəsəbədə yaşayan qohumlarının evinə qonaq gəlib. Qonşuluqda yerləşən şəhid ailəsinə məxsus olan evə qanunsuz daxil olub, qadına hədə-qorxu gələrək 800 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirib. Faktla bağlı araşdırmalar davam etdirilir.