• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2384
— 09.12.2023 12:09

Ağsuda xeyli sayda silah-sursat aşkar edilib, 6 silah isə könüllü təhvil verilib

KepezTV Player

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktik tədbirlər keçirilib. Rayon ərazisindən 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 246 ədəd avtomat və pulemyot patronu, 2 ədəd ətrafı işıqlandırmaq üçün nəzərdə tutulan fişəng, eləcə də avtomata məxsus sandıqça aşkar edilərək götürülüb. Sakinlər müvafiq icazələri olmadan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 6 ov tüfəngini də polisə könüllü təhvil veriblər.