• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 688
— 07.12.2023 11:53

Türkiyə vətəndaşı Göygöldə yük maşınında ölüb

KepezTV Player

Türkiyə vətəndaşı, 1962-ci il təvəllüdlü Zikri Hakkı oğlu Söğüt Göygöl rayonunda idarə etdiyi yük maşınında ölüb. Hadisə Balçılı kəndində yerləşən yük avtomobili sürücülərinin istirahət etməsi üçün nəzərdə tutulan "Türk Tır Parkı" adlanan ərazidə qeydə alınıb. Yükdaşıma şirkətində sürücü işləyən şəxs yük avtomobili ilə Türkiyədən qayıdarkən dekabrın 5-də gecə saatlarında avtomobilini saxlayaraq salonda yatıb, dekabrın 6-da səhər saat 8 radələrində iş yoldaşı, digər yük avtomobilinin sürücüsü Zikri Söğütü oyatmaq üçün gələrkən onun öldüyünü aşkarlayıb. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.