• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2484
— 07.12.2023 09:16

Zəlzələ olub, dağıntı və ya xəsarət qeydə alınmayıb

KepezTV Player

Xəzər dənizində zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, bu gün saat 08:16-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib. Zəif afterşoklar qeydə alınıb. Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb. TƏBİB-dən bildirilib ki, zəlzələ ilə bağlı təcili tibbi yardıma heç bir müraciət edilməyib. Zəlzələ ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib.