• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 746
— 07.12.2023 08:59

Bakıda qardaşını öldürən şəxs saxlanılıb

KepezTV Player

Bu gün saat 1 radələrində Bakının Binəqədi rayonu ərazisində 1965-ci il təvəllüdlü Vasif Fətəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla 1977-ci il təvəllüdlü Bayram Fətəliyevin Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşına bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, Bayram Fətəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.