• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1257
— 04.12.2023 20:00

Sertifkasiyadan kəsilən pedaqoqlar işlə təmin edilib

KepezTV Player

Bu il ibtidai sinif müəllimlərinin iki mərhələdə sertifikasiya imtahanı keçirilib. Gəncədə 1568 pedaqoqdan birinci mərhələdə 794-ü uğursuz nəticə göstərdi. Avqustda keçirilən ikinci imtahanda isə 321 nəfər keçid balını toplaya bilmədi. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən sertifikasiyadan keçə bilməyən 36 müəllim oktyabrdan müvafiq işlərə qəbul olunub.

Elmira Musayeva- sosial pedaqoq: “Xəstəliyimlə əlaqədar olaraq təzyiqim qalxdı, yüksək təzyiqlə əlaqədar sertifikasiya imtahanında iştirak edə bilmədim, xəstəxanada yatdım. Sağ olsunlar, evimdə iki dənə birinci qrup olduğu üçün, məni, sosial pedaqoq vəzifəsi ilə təmin etdilər. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbdə risk qrupuna aid uşaqlarla, aztəminatlı ailələrin uşaqları ilə, məktəbə gəlməyən uşaqlarla söhbət aparıram. Gəlməyən uşaqların valideynləri ilə söhbət aparıram”.

Mətanət Şirinova- sosial pedaqoq: “Hazırda sosial pedaqoq vəzifəsində çalışıram. Problemli uşaqlarla bağlı olaraq evlərə gedirəm. Valideynlərlə mütəmadi olaraq söhbətlər edirəm”.

Hazırda Gəncədə sertifikasiyadan keçə bilməyən digər pedaqoqların da işlə təmin edilməsi məsələsinə baxılır. Komissiya tərəfindən əsasən həssas qrupun üzvü olanlara üstünlük verilir.

Azər İbrahimov- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sektor müdiri: “Sonradan iş üzrə komissiya yaradıldı. Hansı ki, onların müraciətləri araşdırıldı. Müvafiq həssas qrupa aid namizədlər müəyyən olundu. Həmin müəllimlərin işlə təmini məsələləri tərəfimizdən araşdırıldı. İmkanlar daxilində, müvafiq vakant işlərlə ilk öncə həssas qrupdan olan müəllimlər təmin olundu. Proses yenə davam edir və yenə vakant yaranan yerlərə həssas qrupdan olanlar işlə təmin edilir”.

Sertifikasiya prosesini uğurla tamamlayaraq 51-60 bal toplamış müəllimlərin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış müəllimlərin vəzifə maaşına isə 10 faiz əlavə edilib. 

Elnur Vahidoğlu