• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1373
— 04.12.2023 16:49

Külli miqdarda qaçaqmalın ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

KepezTV Player

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinə Moskva-Bakı aviareysi ilə qaçaqmalın gömrük nəzarətindən yayındırılmaqla ölkə ərazisinə gətiriləcəyi barədə məlumat daxil olub. Həmin malları gətirən Azərbaycan vətəndaşına məxsus çantalardan 13 ədəd xəz dəri məmulatları, 6 ədəd mobil telefon, 200 ədəd iynə (botoks), 85 ədəd müxtəlif növ dərman preparatları, 18 qutu elektron tütün məmulatı, 68 ədəd qəylan tütünü, 6 dəst Almaniya istehsalı olan qab-qacaq, müxtəlif növ elektronik əşyalar və yeyinti məhsulları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.