• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1923
— 02.12.2023 15:57

Qəbələ sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb

KepezTV Player

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakinlərindən müvafiq sənədləri olmayan 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb. Mülki ov silahının daşınması qaydalarını pozan 2 nəfər də müəyyən edilib. Aşkar edilən faktlarla bağlı həmin şəxslər barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.