• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1719
— 30.11.2023 17:13

İrandan Azərbaycana 18,8 kq narkotik keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlının Ərus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 18 kiloqram 800 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.