• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 20.11.2023 14:28

Ağdamda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur

KepezTV Player

Ağdamda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna kimi işlərin birinci mərhələsinin yekunlaşdırılması planlaşdırılır. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib. 2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə, ümumilikdə, 42 min insanın köçürülməsi qarşıya məqsəd qoyulub.