• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1413
— 06.10.2023 09:10

"Sabah" FIBA Avropa Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb

KepezTV Player

"Sabah” basketbol komandası FIBA Avropa Kubokunda müntəzəm çempionata vəsiqə qazanıb. Azərbaycan təmsilçisi buna təsnifat mərhələsinin son oyununda Rumıniya klubu “Rapid”ə qalib gəlməklə nail olub - 90:71. "Sabah" qrup lideri kimi növbəti raunda yüksəlib. Azərbaycan çempionu A qrupunun əvvəlki görüşlərində Niderland təmsilçisi “Donar”ı 75:72, Şimali Makedoniya klubu “Rabotniçki”ni isə 83:81 hesabı ilə məğlub edib.