• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2342
— 06.10.2023 09:07

“Qarabağ” ardıcıl ikinci qələbəsini qazanıb

KepezTV Player

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə "Hakken"in qonağı olub. “Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0. 70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib. Bununla da “Qarabağ” qrupda ardıcıl ikinci qələbəsini qazanıb. İlk turda Bakıda "Molde"ni 1:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.

Final fitindən sonra “Qarabağ”ın futbolçuları qələbəni İsveçdə yaşayan soydaşlarımızlarla qeyd ediblər/