• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1807
— 02.10.2023 13:38

İcma Ermənistan hökumətinin irqçi yanaşmasını sərt şəkildə qınayıb

KepezTV Player

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ədalətin təntənəsi olmaqla yanaşı, bölgədə davamlı sülhün yolunu açıb. Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib. İnsan hüquqları, barışıq və birgəyaşayış dəyərlərinə əsaslanan Qərbi Azərbaycan İcması iki dövlət arasında sülhün bərqərar olunmasını sidq ürəklə dəstəkləməklə bərabər, Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində, sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışı missiyasını əzmlə davam etdirəcək. İcma ümidvardır ki, Ermənistan cəmiyyəti və hökuməti bu tarixi şansı düzgün dəyərləndirərək, qarşıdurma və təcrid yolunu deyil, sülh, əməkdaşlıq və birgəyaşayış yolunu seçəcək. Amma Ermənistan, iki xalqın nümayəndələrinin nə Ermənistanda, nə də Azərbaycanda birgəyaşayışına yol vermək istəyir. Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bu irqçi yanaşmasını sərt şəkildə qınayır