• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1610
— 21.09.2023 14:59

Hikmət Hacıyev: Sülh müqaviləsinin tez bir zamanda yekunlaşdırılması region üçün daha yaxşıdır

KepezTV Player

“Biz sülh gündəmini dəstəkləyirik və hesab edirik ki, iki ölkə arasında sülh müqaviləsinin tez bir zamanda yekunlaşdırılması region üçün daha yaxşıdır”. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Euronews”a müsahibəsində antiterror tədbirinin mahiyyətindən söz açıb və bunun məhdud xarakter daşıdığını vurğulayıb: "Nəticədə hərbi infrastruktur böyük ölçüdə zərərsizləşdirilib. Biz qısamüddətli antiterror tədbirinin dayandırıldığını deməkdən şadıq. Onlar öz silahlı qüvvələrini ərazidə tərksilah edirlər", - deyən Hikmət Hacıyev onu da vurğulayıb ki, Azərbaycan da Qafqazın inteqrasiya olunmuş region konsepsiyasını dəstəkləyir. Bu proses çərçivəsində qonşu dövlətlər də mehriban qonşuluq münasibətlərinə can atmalıdır.