• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2076
— 23.01.2023 16:11

“Azərişıq” iki kəndin elektrik şəbəkəsini yenidən qurur

KepezTV Player

“Azərişıq” ASC Şəmkir rayonunun Yuxarı Seyfəli və İrmaşlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurur. Yenidənqurma işləri  nəticəsində 669 abonenti olan Yuxarı Seyfəli kəndində 12 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, elektrik xəttləri yenilənib. Şəmkirin İrmaşlı kəndində də yenidənqurma işləri yekunlaşmaq üzrədir. 898 abonenti olan kənd ərazisində müxtəlif güclərdə 11 ədəd komplekt transformator məntəqəsi quraşdırılır, elektrik xəttləri dəyişdirilir. Yuxarı Seyfəli və İrmaşlı kəndində abonentlərin sayğacları da yenisi ilə əvəzlənir və bütün işlər artıq yekunlaşmaq üzrədir. İşlər tam başa çatdıqdan sonra isə ümumilikdə 1 567 abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.